natural ədədlər -- Sadə və mürəkkəb natural ədədlər


Yalnız birə və özünə bölünən ədədlər sadə ədədlərdir: 2, 3, 11, 29, 101 və s.
Birdən və özündən başqa böləni olan ədədlər isə mürəkkəb ədədlərdir: 4, 9, 20, 91, 121 və s.
Qeyd: Bir ədədi nə sadə, nə də mürəkkəb ədəddir.

Mürəkkəb ədədi sadə vuruqlarına ayırmaq üçün ədədi yazıb sağ tərəfindən şaquli xətt çəkirik,sonra həmin ədədi ən kiçik sadə ədəddən başlayaraq bölündüyü sadə ədədlərə bölürük. Bölməni ən sonda bir alınana qədər davam etdiririk. Bunu 130 və 270 ədədləri üzərində göstərək: 


Göründüyü kimi,130 ədədinin 3 ədəd sadə vuruğu (2, 5, 13), 3 ədəd müxtəlif sadə vuruğu (2, 5, 13) var. 270 ədədinin isə 5 ədəd sadə vuruğu (2, 3, 3, 3, 5), 3 ədəd isə müxtəlif sadə vuruğu var.

Ümumiyyətlə, hər hansı A ədədinin sadə vuruqlarına ayrılışını



şəklində göstərsək, onda A ədədinin sadə vuruqlarının sayını sadə vuruqların qüvvət üstlərinin cəmi ilə, yəni, m+n+k, müxtəlif sadə vuruqlarının sayını və eyni zamanda sadə bölənlərin sayını isə əsasların sayı ilə (a, b, c və s.) tapırıq.
Qeyd: Ədədin sadə bölənləri dedikdə müxtəlif sadə vuruqları başa düşülür.
A ədədinin natural bölənlərinin sayını (NBS) tapmaq üçün A ədədinin sadə vuruqlarının qüvvət üstlərinin üzərinə bir əlavə edib, hasillərini tapırıq: 
                     
                          NBS=(m+1)(n+1)(k+1)

A ədədinin tam bölənlərinin sayını NBS-nı 2-yə vurmaqla tapırıq, çünki A ədədi bölündüyü müsbət ədədlərin əksi olan mənfi ədədlərə də bölünür. Ona görə, A ədədinin tam bölənlərinin cəmi sıfıra bərabərdir.

M11.


İZAHI:
 Hər hansı bir ədədin sadə vuruqlara ayrılında mürəkkəb ədəd iştirak edə bilməz. Cavab variantlarına diqqət yetirsək A variantında 9, B-də 15, D-də 4 və 9, E-də isə yenə 9 mürəkkəb ədədlərdir. C variantında isə vuruqların hər biri sadə ədəddir. Ona görə doğru cavab C variantı olacaq.
                                                                              Cavab: C variantı

M12.


İZAHI: Bildiyimiz kimi, natural bölənlərinin sayını (NBS) tapmaq üçün ədədin sadə vuruqlarının qüvvət üstlərinin üzərinə bir əlavə edib, hasillərini tapırıq. Ona görə 300 ədədini əvvəlcə sadə vuruqlarına ayıraq:


Göründüyü kimi, sadə vuruqların qüvvət üstləri m=2, n=1 və k=2.

            NBS=(m+1)(n+1)(k+1)=(2+1)(1+1)(2+1)=3•2•3=18

                                                                             Cavab: A variantı

Əlavə olaraq: 300 ədədinin:
          1) Sadə vuruqlarının sayı: m+n+k=2+1+2=5 
          2) Müxtəlif sadə vuruqları və sadə bölənləri: 3 ədəd (2, 3, 5)
          3) Tam bölənlərinin sayı: 2•NBS=2•18=36

          4) Tam bölənlərinin cəmi: 0

                                                               DAVAMI

54 yorum:

  1. Bes musbet tam bolenlerinin cemi?

    YanıtlaSil
  2. Tam bölənlərin cəmi niyə 0 olur axı

    YanıtlaSil
    Yanıtlar
    1. cunki, menfi ve musbet edelerdir. bir birilerinin antisi kimi: -2 + (-1) + 0 +1 + 2= 0, sira ne qeder uzansa da, ededlerin menfisi bir terefden yox edir. meselen, 30 ededi eger 3-e bolunurse, demeli -3-e de bolunur. natural bolenler ancaq musbeti goturende. tam bolenleri menfi ve 0-i da siraya daxil edir.

      Sil
  3. Çünki tam bölənlər mənfi və müsbət ədələrdən ibarətdi. Toplayanda əslində çıxılır və cavab olaraq 0 qalır....

    YanıtlaSil
  4. 7x23ybesreqemli ededini 5 e boldukde qaliqda 4 alinir .Hemin ededin 18 etam bolunduyunu bilerek x:y hasilini tapin

    BUNUN HELLİ NEDİ

    YanıtlaSil
    Yanıtlar
    1. 5 böldükde qaliqda 4 alinirsa y ya 4 ya da ki 9 olur. 18e tam bölünmesi üçün eded 2ye ve 9a bölünmelidir. Indi bize verilen ededin 2ye bölünmesi üçün sonu 4 ile bitmelidir. Demeli y=4. 9a bölünmesi üçün ise reqemleri cemi 9a bölünmelidir:7

      Sil
  5. 34 kvadratı+85 kvadratı ədədinin sadə viruslarının sayını deyərdiz zəhmət olmasa

    YanıtlaSil
    Yanıtlar
    1. Cavab yaza bilərsiniz vacibdir😥😥😥

      Sil
    2. Ccccghhhlibe7 ndkdn ddfcmd. Ddd ciclod flfod fckldösüf. Ttt fdpsmd fgkvfmllld ffssmm ekoenr dkodnd fkfmfld offj fklffm kfk f fmoff fkngof gkgofm gvopde kfol

      Sil
    3. Qaqa onları ayrı-ayrı vuruqlara ayır

      Sil
  6. 2464 bölənləri hansılardır

    YanıtlaSil
  7. tqdk-nin riyaziyyat kitabında və güvənin riyaziyyat jurnalında sadə bölənlə sadə vuruq terminləri qarışdırılıb

    YanıtlaSil
  8. Çox anlaşıqlıdır.Çox sağolun.Yaxşıki bu paylaşımı etmisiniz.Allah razı olsun.

    YanıtlaSil
  9. Aydın deill 1 -ci yazdigiviz duzemeli yazinda

    YanıtlaSil
  10. m=12×15^4 sade bolenlerinin sayını tap deyende nece etnek olar ?

    YanıtlaSil
  11. O hansi ededdiku 25e ve 60 a bolende qaliqda 5 salir

    YanıtlaSil
  12. NBS nin ne olduğunu bilmirdim. Tapmaq üsulunu burdan öyrendim. Çox teşekkürler

    YanıtlaSil
  13. 2968 3600 888888 676767 ededlerinin ne ucun ucun murekkeb oldugunu mueyyen edin .c..nolar

    YanıtlaSil
  14. Cooox sagolun super izahdir

    YanıtlaSil
  15. Heçne anlamadım bir deki 36nın tam bölenlerinin sayı ne qədərdir cavab verin xaiş

    YanıtlaSil
  16. Hansı əsədin bölənlərinin cəmi həmin ədəddən bir vahid böyükdür. Zəhmət olmasa bilən yazsın.

    YanıtlaSil
  17. Şox sağolun. Allah razı olsun. Basa düsdüm men. Gözel izah etmisiniz. Tsk...😘🙏

    YanıtlaSil
  18. Salam men a=101²-10² burada a ededinin sade olmayan natural bölenlerinin sayını tapmaq isteyirem

    YanıtlaSil
  19. Çox gözəldir bəyəndim ƏLA

    Həsənli Əli

    YanıtlaSil
  20. Salam. Ədədin sadə bölənlərin sadə vuruqların olan nisbəti dedikdə nə nəzərdə tutulur?

    YanıtlaSil
  21. Ededin sade bölenlerini tapanda 1 ve ededin özü daxil olurdu?

    YanıtlaSil
  22. Çox sağolun ela başa düşdüm

    YanıtlaSil
  23. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  24. Çox gözel bir saytdı ela çox beyendim super

    YanıtlaSil