Natural ədədlər


                              Natural ədədlər


Rəqəmlər:
Ədədləri yazmaq üçün istifadə etdiyimiz işarələr rəqəmlərdir.
0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9
Telefonumuzun klaviaturası üzərində bu rəqəmlər mövcuddur və hər hansı bir nömrəyə zəng etmək üçün biz bu rəqəmlərdən istifadə edirik.
Gördüyünüz kimi, biz on ədəd rəqəmdən istifadə edirik. Ona görə istifadə etdiyimiz say sistemi onluq say sistemi adlanır. Ən kiçik rəqəm 0, ən böyük rəqəm isə 9-dur. Bütün ədədləri biz bu rəqəmlərdən istifadə edərək yazırıq. Məsələn: 125, 3780 və s.

Qeyd: Bütün rəqəmlər eyni zamanda ədədlərdir, ancaq bütün ədədlər rəqəm deyildir. Məsələn, 14 bir ədəddir, amma rəqəm deyildir. 6 isə həm ədəddir, həm də rəqəmdir.

M1. x və y fərqli rəqəmlər olarsa, x∙y hasilinin ən böyük qiymətini tapın.
Həlli:

x və y rəqəm olduğu üçün ən böyük iki rəqəmi seçməliyik. Misalın şərtində fərqli rəqəmlər dediyinə görə x=8 və y=9 götürsək, x∙y=8∙9=72 olar. 

Dərslərimizi video şəklində izləmək üçün linkə tıklayın:

https://www.youtube.com/channel/UC9TsJuJiUxtq5QfrPCxlTPw


Natural ədədlər:
Sayma nəticəsində alınan ədədlərə natural ədədlər deyilir. Natural ədədlər çoxluğu N hərfi ilə işarə edilir.

                    N={1, 2, 3, ..., n, ...}


Natural ədədlər tək və cüt olur:

   1. Tək ədədlər (T): T= {1, 3, 5, ..., 2n-1, ...}
   
   2. Cüt ədədlər (C): C= {2, 4, 6, ..., 2n, ...} 

M1. x tək ədəd olarsa, aşağıdakılardan hansı tək ədəddir?
      
      A) x2-3      B) 5x+3     C) 4x+1    D) (x-1)3    E) (2x+2)2    

İZAHI: Bu cür testləri həll etmək üçün x-in yerinə hər hansı bir tək ədəd qoyub hesablamaq kifayətdir. Bu zaman hansı variantda bizdən istənilən şərt ödənilərsə, deməli doğru cavab həmin variantdır. Yuxarıdakı testdə x=3-ü hesablasaq:
  
A) x2-3=32-3=9-3=6
B) 5x+3=5•3+3=15+3=18
C) 4x+1=4•3+1=12+1=13
D) (x-1)3=(3-1)3=23=8
E) (2x+2)2=(2•3+2)2=(6+2)2=82=64 

Göründüyü kimi sadəcə C variantında tək ədəd alındı.
                                                                 Cavab: C variantı

M2.
ededler


İZAHI: Bu testi iki üsulla həll edə bilərik.
I üsul: Birinci ədədi n götürsək, ardıcıl cüt və ya tək ədədlər özündən əvvəlki ədəddən 2 vahid böyük olduğuna görə, sonrakı ədədlər n+2 və n+4 olar. Bu ədədlərin cəmi 90 olduğu üçün yaza bilərik:

                            n+n+2+n+4=90
                               3n+6=90
                                 3n=84
                                 n=84:3
                                  n=28       olar.

n+2=28+2=30, n+4=28+4=32 olduğu üçün kiçik ədəd 28 olar.

                                                                    Cavab: A variantı
                                                                                       
II üsul: Ədədi orta qaydasına görə ədədlərin cəmini onların sayına böldükdə ortadakı ədədi tapmış oluruq. Bu qaydaya görə 90:3=30. Deməli, ortadakı ədəd 30, sonrakı ədəd 32, əvvəlki ədəd isə 28-dir. Bizdən də kiçik ədədi soruşduğu üçün doğru cavab A variantı olar.

Natural ədədlərin yazılışında rəqəmlərin tutduğu yer mərtəbə adlanır və soldan sağa doğru oxunur: təkliklər, onluqlar, yüzlüklər, minliklər və s. 
Hər üç mərtəbə isə bir sinif əmələ gətirir: soldan başlaya-raq ilk üç rəqəm təkliklər sinfini, sonrakı üç rəqəm minliklər, sonrakı üç rəqəm milyonluqlar sinfini və s. əmələ gətirir.

Milyonluqlar
Minliklər
Təkliklər
Yüzmilyonluq
Onmilyonluq
Milyonluq
Yüzminlik
Onminlik
Minlik
Yüzlük
Onluq
Təklik
6
1
9
5
4
0
2
2
1

Yuxarıdakı cədvəldən də göründüyü kimi 

619540221=6∙10+1∙10+9∙10+5∙10+4∙10+2∙10²+2∙10¹+1

Ümumiyyətlə, a rəqəmi minlik, b rəqəmi yüzlük, c rəqəmi onluq, d rəqəmi təklik olarsa, onda, 4 rəqəmli ədəd a͞b͞c͞͞d ilə işarə olunur və

a͞b͞c͞͞d͞ = a∙1000+b∙100+c∙10+d   şəklində yazılır.

M3. 530256 ədədində neçə yüzlük var?
        
       A) 2        B) 5302        C) 256        D) 530       E) 200

İZAHI: Bildiyimiz kimi, yüzlüklər mərtəbəsi soldan üçüncü rəqəm olduğu üçün həmin rəqəmə qədər olan ədədi götürüb yüzə vursaq və üzərinə 56-nı əlavə etsək verilən ədədi almış oluruq:

530256=5302∙100 +56

Deməli, verilən ədəddə 5302 ədəd yüzlük var.
                                                                        Cavab: B variantı

Qeyd:
 Bu tip suallarda hansı mərtəbə vahidi soruşulursa, həmin mərtəbədəki rəqəmə qədər olan ədədlər götülür. Məsələn, həmin ədəddə 530 ədəd minlik, 53 ədəd yüzminlik və s. var.






İZAHI: a͞b və b͞a ikirəqəmli ədəd olduğu üçün a͞b=10a+b, b͞a=10b+a. Bunları verilən misalda yerinə yazsaq:              


bərabərliyin hər iki tərəfini 9-a bölsək:

 a və b rəqəmlər olduğu üçün yaza bilərik:
                                     
                                         a-b=5
                                         a+b=9

Sistem tənlik şəklində bu bərabərlikləri alt-alta toplasaq:

                                        2a=14
                                          a=7
                                       7+b=9
                                          b=2

Bizdən a∙b hasili soruşulduğu üçün
                                    
                                   a∙b=7∙2=14
                                                                Cavab: D variant

M6. a͞b͞4 - a͞b = 274 olarsa, a+b cəmini tapın.

A)
   2      B) 3      C) 5      D) 8      E) 9

İZAHI: Bu misalı iki üsulla həll edə bilərik:

1)
 a͞b͞4=100a+10b+4 və a͞b=10a+b olduğu üçün bunları misalda yerinə yazıb həll edə bilərik.

İkinci üsul daha qısa olduğu üçün mən ikinci üsuldan istifadə edərək misalı həll edəcəm.

2)
 534 ədədini 534=53∙10+4 yaza bildiyim kimi a͞b͞4 ədədini də a͞b͞4=a͞b∙10+4 yaza bilərəm.Ona görə

                                     a͞b͞4 - a͞b=274

                                10a͞b + 4 - a͞b=274

                                      9a͞b=270

                                        a͞b=30

olduğu üçün a=3, b=0 olar. a+b=3+0=3
                                                                
                                                               Cavab: B variantı

Dərslərimizi video şəklində izləmək üçün linkə tıklayın:

https://www.youtube.com/channel/UC9TsJuJiUxtq5QfrPCxlTPw


                                                 DAVAMI

64 yorum:

  1. Yanıtlar
    1. Salam.teklikler minlikler haqda daha geniş melumatı hardan tapa bilerem?misal 3- de men 256 fikirleşirdim ama bu duz deyil

      Sil
    2. salam videolarimizdan melumat ala bilersiz. Youtubeda praktik riyaziyyat kanalina baxa bilersiz...

      Sil
    3. Allah razı olsun kanalıza abune oldum yaxşı olardı biz sual vererdik sozde yutbde cavab vererdoz bizde hem takip hem beyenerdik😘

      Sil
    4. Superdi ela👍herşey aydindir🙂😊

      Sil
  2. A+b=6 olarsa * cemi neçedir

    YanıtlaSil
    Yanıtlar
    1. Hansi cem basa dusmedim...

      Sil
    2. Allah razı olsun kanalıza abune oldum yaxşı olardı biz sual vererdik sozde yutbde cavab vererdoz bizde hem takip hem beyenerdik😘

      Sil
    3. A=6-B=A=6-B,B€R

      Sil
  3. Salam [2;15] parşasında natural ededleri götürende 2 ve 15 bu natural ədədlərə aiddir??

    YanıtlaSil
  4. Salam 2019cu il buraxilis imtahanim olacaq 9 cu sinif hansi movzular dusecek riyaziyyatdan deseniz cox sevinerem...

    YanıtlaSil
  5. atestatla vermek istiyrem imtahani ama bilmek istiyrem hansi fenden suallar duwecey

    YanıtlaSil
  6. 62 oğlan və 93 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər.Hər komandada neçə qız var?

    YanıtlaSil
    Yanıtlar
    1. EBOB(62:93) hesabla sonra alinan reqem komanda sayi olacaq 93 u o reqeme bolsen tapacaqsan

      Sil
  7. 3e bolunen 9a bolunmeyen en boyuk ikireqemli eded hansidir?

    YanıtlaSil
  8. Salam ən kiçik səkkiz rəqəmli natural ədəd neçədir?

    YanıtlaSil
    Yanıtlar
    1. 10000000 budu en kicik sekkizreqemlj.sizin yazdiginiz reqenleri eyni olan deyilerse goturulur

      Sil
  9. Salam.3-e bolunen ve 9 bolunmeyen en boyuk ikireqemli eded hansidir?

    YanıtlaSil
  10. Salam sizə sualım budur 5 ardıcıltek ededin cəmi 32-dir

    YanıtlaSil
  11. Salam 8vahid boyuk olan ne demekdir

    YanıtlaSil
    Yanıtlar
    1. 8 vahid böyük yeni məsələn 5 dən 8 vahid böyük 5+8=13

      Sil
  12. Reqemleri muxtelif en boyuk alti reqemli eded hansidir

    YanıtlaSil
  13. Salam. 7805 de nece onluq var? Deyerdizde zehmet olmasa.

    YanıtlaSil
  14. 38050 de neçe yüzlük vardı

    YanıtlaSil
  15. 3 muxtelif ucreqemli ededin cemi 845-dir. Bu ededlerden en boyuyu nece ola biler ??

    YanıtlaSil
  16. Zəhmət olmasa əlaqə
    vaisdəsi qeyd ede
    bilərsiz?
    Bəzi suallarım var🙏

    YanıtlaSil
  17. 234 567 ekrandakı iki ən böyük ədədin cəmi neçədir?

    YanıtlaSil
    Yanıtlar
    1. 4+7=11 👈
      Bele birincide böyük eded 4ikjncide
      7 ve bunlarin cemi topla cavab 👆

      Sil
  18. Beşreqemli ededin soluna 4 yazsaq eded nece deyişer

    YanıtlaSil
  19. Beşreqemlinin sağına sıfır yazdılar eded nece deyişər

    YanıtlaSil
  20. Altireqemlının soluna 4 yazdılar eded nece deyişer

    YanıtlaSil
  21. 2 ardicil cüt ededin cemi 126 ededin 3 1 hissesine beraberdir.kiciyini tap

    YanıtlaSil
  22. Meselede mene kömeklik edin 2 ardicil cüt ededin cemi 126 ededin 3 1 hissesine beraberdir.en kiciyini tapin

    YanıtlaSil
    Yanıtlar
    1. Evvelce 126 nın 3 de 1 hissesini tapırıq bu edir 42 buda 6 və 7 birde 2 ve 21 edir burdada en kiçiyini soruşur ona göre cavab 2

      Sil
  23. Rəqəmlərin cəmi 12 olan ikirəqəmli ədəddən ən böyuk birrəqəmli ədədi çıxsaq fərq neçə olar

    YanıtlaSil